Pilotsuz üzən robot təqdim olunub

Pilotsuz üzən robot təqdim olunub Kanadanın "Saildrone" şirkəti "Saidrone Surveyor" adlı pilotsuz üzən robotu təqdim edib.
Uzunluğu 22 metr olan üzən vasitə günəş batareyaları və külək enerjisi ilə çalışır.
Robot açıq dənizdə bir ildən çox çalışmaq qabiliyyətinə malikdir. Üzən vasitənin əsas vəzifəsi okeanları öyrənmək və dəniz dibinin xəritələrini yaratmaqdır.
"Saidrone Surveyor" hidroakustik qurğular vasitəsilə 7 kilometr dərinliyə qədər dəniz dibinin xəritəsini yarada bilər.

Tehsil-press.az

Oxşar xəbərlər