“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) tələbələrin savadlı mütəxəssis kimi yetişməsi gəmiçiliyin perspektivli, bilikli kadrlarla təminatında əhəmiyyətli rol oynayır. Məhz bu səbəbdəndir ki, ASCO rəhbərliyi Dəniz Akademiyasının təhsildə fərqlənən məzunlarının işlə təmin olunmasına, onların karyera inkişafına, əlavə təhsil almasına, habelə sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirir.
ASCO-nun strateji inkişaf planlarına uyğun olaraq Xəzərdən kənarda istismar edilən gəmilərin sayı getdikcə artdığından, gənc dənizçilərin yetişdirilməsi zamanı onlara digər hövzələrin də təcrübəsini aşılamaq zərurəti yaranıb. Bunu nəzərə alaraq, dənizçi kadrların beynəlxalq standartlara uyğun inkişafını təmin etmək məqsədilə artıq dördüncü ildir ki, ADDA-nın tələbələri Qara dənizdəki gəmilərə üç aylıq yay üzmə təcrübəsinə göndərilir.
2018/2019-cu tədris ilində də ADDA-nın 8 tələbəsi ASCO-nun Dəniz Nəqliyyatı Donanmasına məxsus Qara dənizdə üzən gəmilərində (“Qaradağ”, “Maestro Niyazi”, “Mahmud Rəhimov” və ”Teymur Əhmədov” ) təcrübə keçmək şansı qazanıblar.
Tələbələrdən dördü “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, dördü “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə təhsil alır.
Layihəyə seçimlər xüsusi meyarlarla aparılıb. Əvvəlcə akademiyadan həm dekanların, həm də müəllimlərin rəyi öyrənilib. Daha sonra yüksək bal toplayan, intizamlı, ingilis və rus dillərinə müəyyən səviyyəyə malik tələbələr müsahibə mərhələsinə çağırılıb.
Xatırladaq ki, ASCO-nun yaratdığı bu imkandan istifadə edən ADDA tələbələri ildən-ilə artır. Növbəti il ən azı 10 tələbə dənizçinin bu layihəyə cəlb edilməsi nəzərdə tutulur.

ADDA-nın Mətbuat Xidməti