Rövnəq Abdullayev Aydarbayevlə görüşdü

Rövnəq Abdullayev Aydarbayevlə görüşdü SOCAR-ın prezidenti Rövnəq Abdullayev Qazaxıstanın “KazMunayQaz” Milli Şirkəti” Səhmdar Cəmiyyətinin sədri Alik Aydarbayevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə neft-qaz sənayesinin bütün sahələri üzrə əməkdaşlıq perspektivləri müzakirə olunmuş, birgə iş planı barədə fikir mübadiləsi aparılıb.
Görüşdə şirkətlər arasında geniş əməkdaşlıq perspektivləri, o cümlədən Xəzər dənizində geoloji kəşfiyyat işlərində, karbohidrogen xammalının kəşfiyyatı üzrə geoloji-geofiziki materialların birgə öyrənilməsi ilə bağlı imkanlardan bəhs edilmişdir. “KazMunayQaz” şirkətinə məxsus “Sətti” üzən qazma qurğusu üzərində modernləşdirilmə işləri SOCAR-ın CDC şirkəti tərəfindən həyata keçirilir. “Sətti” üzən qazma qurğusu vasitəsi ilə Xəzərin Azərbaycan sektorunda qazma işləri aparılacaq. Əməliyyat dövründə qurğu üzərində menecmenti SOCAR-ın CDC şirkəti həyata keçirəcək.
Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.
Qeyd edək ki, ”KazMunayGaz” Milli Şirkəti” Qazaxıstan dövlətinin neft və qaz sənayesində maraqlarını təmsil edən, karbohidrogenlərin kəşfiyyatı, istehsalı, emalı və nəqlini həyata keçirən milli operatordur. Şirkət 2002-ci ildə yaradılmış, onun tərkibində 190-dan çox təşkilat birləşmişdir. ”KazMunayGaz”ın səhmdarları ”Samruk-Kazyna” Milli Sərvət Fondu (90%) və Qazaxıstan Respublikasının Milli Bankıdır (10%).

Tehsil-press.az

Oxşar xəbərlər