Yanukoviçə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb

Yanukoviçə qarşı dövlətə xəyanət ittihamı irəli sürülüb Ukrayna Dövlət Təhqiqat Bürosu ölkənin keçmiş Prezidenti Viktor Yanukoviçə qarşı dövlətə xəyanət ittihamı irəli sürüb.
Qeyd olunub ki, “dövlət xəyanəti” maddəsi ilə ittiham 2010-cu ildə Rusiya ilə “Xarkov sazişi” adlandırılan sənədin imzalanması ilə əlaqədar irəli sürülüb. “Ukraynanın keçmiş Prezidentinə dövlətə xəyanət etməkdə şübhəli bilinməsi barədə yazılı məlumat verilib”, - sənəddə qeyd olunur.
Ötən ilin dekabrında Yanukoviç videobağlantı vasitəsilə Avromaydan güllələnməsi ilə bağlı məhkəmə iclasında iştirak etmək istədiyini bildirib. O, Kiyevin Peçer rayon Məhkəməsinə “Maydan işində ona qarşı qətimkan tədbirinin seçilməsi barədə Baş prokurorun ofisinin vəsatətinə baxılması prosesində videokonfrans vasitəsilə onun şəxsən iştirakını təmin etmək tələbi ilə müraciət edib”.

Tehsil-press.az


Oxşar xəbərlər