Baş nazir Netanyahuya korrupsiya ittihamı irəli sürüləcək

Baş nazir Netanyahuya korrupsiya ittihamı irəli sürüləcək İsrailin baş naziri Benyamin Netanyahuya qarşı 3 cinayət maddəsi üzrə ittiham irəli sürülə bilər.
Bu barədə ölkənin baş prokuroru Avixay Mandelblit məlumat verib. Dinləmələr 9 aprel növbədənkənar parlament seçkilərindən sonra aparılacaq. Prokuror Netanyahuya dələduzluq, korrupsiya və etibardan sui-istifadə üzrə rəsmi ittihamlar irəli sürməyi qərara alıb.
Netanyahu özü isə ona qarşı irəli sürülən ittihamları qəbul etmir. Baş nazir başladılan tədqiqatları onu postundan məhrum etmək üçün hazırlanmış “cadugər ovu” adlandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər