“Vikipediya”nın ingilis dili bölməsində general-mayor Polad Həşimov haqqında məqalə zənginləşdirilib

“Vikipediya”nın ingilis dili bölməsində general-mayor Polad Həşimov haqqında məqalə zənginləşdirilib “Vikipediya”nın ingilis dili bölməsində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimov haqqında məqalə “Qorqud” Vikipediya Metodik Klubunun eksperti Ayxan Zayıdzadə tərəfindən əsaslı redaktə olunub.
Bu barədə “Vikipediya” üzrə mütəxəssis, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk məlumat verib.
O bildirib ki, azərbaycanlı könüllülərin ingiliscə “Vikipediya”dakı fəaliyyəti uğurla davam edir. Məqalə əsas mənbələrlə genişləndirilərək ingilisdilli oxucuların istifadəsinə verilib. Ən gənc könüllülərdən olan 16 yaşlı Ayxan Zayıdzadə Polad Həşimov haqqında olan məqaləyə əsaslı əlavələr edərək zənginləşdirib. Məqalə P.Həşimovun hərbi karyerasını və fəaliyyətini daha ətraflı əhatə edir. Məqalənin ingiliscə “Vikipediya” idarəçiləri tərəfindən yoxlanılaraq “Yaxşı məqalə” statusu alması üçün hazırlıq işləri aparılır.
“Onlayn ensiklopediyanın ingilis dili bölməsinin önəmli administratorlarından biri gənc könüllü Ayxan Zayıdzadəyə Azərbaycan haqqında yaratdığı məzmunlu, qaydalara uyğun, bitərəf məqalələrə görə “Viki” mükafatı təqdim edib.
“Qorqud” Vikipediya Metodik Klubu Milli Məclisin deputatı Elnur Allahverdiyevin təşəbbüsü ilə yaradılıb. Məqsəd cəmiyyətdə gənc ziyalılar və araşdırmaçılar arasında “Vikipediya”da Azərbaycanla bağlı doğru, düzgün məqalələrin yazılmasını və zənginləşdirilməsini sürətləndirmək, bu mövzuda maarifləndirici tədbirlərin, təlimlərin keçirilməsini təmin etməkdir”, - deyə E.Eltürk qeyd edib.

Tehsil-press.az



Oxşar xəbərlər