“Vikipediya”nın Azərbaycan dili bölməsində görülən işlər öz müsbət təsirini göstərir. Artıq Azərbaycan dili bölməsində məqalələrin sayı 155 mini keçib. Bu faktın özü hər gün Azərbaycan “Viki” icmasında fəallığın və görülən işlərin miqyasının artdığını bir daha təsdiqləyir.
Bunu Tehsil-press.az-a müsahibəsində AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktor müavini Elnur Eltürk söyləyib. O bildirib ki, bu ilin sonunadək Azərbaycan dili bölməsində məqalələrin sayı 160 mini keçəcək.
“Bu yaxınlarda “Vikipediya”nın Azərbaycan dili bölməsində redaktələrin sayı 5 milyonu keçdi. Qeyd olunan fakt “Vikipediya”nın Azərbaycan dili bölməsində böyük hadisədir. Azərbaycan dili bölməsində məqalələrin yaradılmasında və redaktə olunmasında könüllülərin fəaliyyətini və fədakarlıqlarını xüsusi qeyd etmək lazımdır. “Vikipediya” hərəkatı könüllülərin yorulmaz fəaliyyətləri nəticəsində genişlənir və uğurla irəliləyir. Son illər MEK-in “Vikipediya” Metodik Mərkəzi “Viki” könüllülərin hazırlanmasında metodik və praktiki biliklərin tədrisi ilə bağlı baza rolunu oynayır. Bu isə “Vikipediya” hərəkatına xüsusi güc qatır. Bu hərəkat doğma dilimizdə intellektual fikirlərin, elmi dünyagörüşünün və biliklərin paylaşılma xarakterini daşıyır. Həm də dilimizdə olan məlumat bazasının artmasına və yayılmasına, iqtisadi dillə desək, istehsalına söykənir. Hər gün “Vikipediya”nın Azərbaycan dili bölməsində müxtəlif mövzular üzərində məqalələr yaradılır, zənginləşdirilir və redaktə olunur. Proses bundan sonra da geniş şəkildə davam etdiriləcək”, - deyə Elnur Eltürk bildirib.
Tehsil-press.az