Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələri Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzində olublar.
Mərkəzin təlimçisi Səbinə Abızadə tələbələrə “Vikipediya”da məqalə yaradılması, yerləşdirilməsi və redaktə olunması qaydaları barədə ətraflı məlumat verib.
MEK-in direktor müavini, diaspor üzrə araşdırmaçı-ekspert Elnur Eltürk gəncləri tarixi mövzularda məqalələrin yaradılmasında fəal olmağa çağırıb.
ADPU-nun Azərbaycan tarixi kafedrasının müəllimi Oğuz Məmmədli təlimdə iştirak edəcək könüllülərin “Vikipediya”da Azərbaycan və dünya tarixi ilə bağlı boşluqların aradan qaldırılmasına, bu mövzuda yeni məqalələr yaradılmasına töhfə verəcəklərinə əminliyini bildirib.

ADPU-nun Mətbuat Xidməti