Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Vikipediya”da məqalələrin yaradılması” mövzusunda təlimlər davam edir. Təlimlərin nəticəsi olaraq, son illər “Vikipediya”nın Azərbaycan dili bölməsində məqalələr elmiləşdirilir və etibarlı mənbələrlə zənginləşdirilir.
Təlimlərdə iştirak edən Milli Aviasiya Akademiyasının müəllim və tələbələrinə “Vikipediya”da texniki və aviasiya mövzuları üzrə yaratdıqları məqalələrə görə MEK-in rəhbərliyi tərəfindən sertifikatlar təqdim edilib.
Tədbirdə çıxış edən MEK-in direktor müavini Elnur Eltürk Milli Aviasiya Akademiyasında “Viki” komandasının uğurlu fəaliyyət göstərdiyini söyləyib.
O bildirib ki, ölkədə “Vikipediya” hərəkatı öz müsbət nəticəsini göstərir. Milli Aviasiya Akademiyasının tələbələri onlarla məqalə yaradaraq, bu işə öz töhfələrini verirlər. “Vikipediya”nın Azərbaycan dili bölməsində texniki və aviasiyaya aid məqalələr yaradılır və zənginləşdirilir.
Milli Aviasiya Akademiyasının Elmi-tədqiqat işləri üzrə analitik şöbəsinin əməkdaşı, Radioelektronika kafedrasının müəllimi Balaəhməd Hüseynzadə tələbələrin təlimlərə böyük maraq göstərdiklərini söyləyib.
“Azərbaycanda “Vikipediya” hərəkatı inkişaf etməkdədir və hazırda cəmiyyətdə geniş əhatə dairəsinə malikdir. Milli Aviasiya Akademiyasının tələbələri də bu hərəkatın fəal üzvüdürlər. Aviasiya sahəsində məqalələrin sayı artmaqdadır. Milli Aviasiya Akademiyasının rəhbərliyi və öz adımdan təlimlərin yüksək səviyyədə təşkil olunmasında Mərkəzi Elmi Kitabxananın rəhbərliyinə, həmçinin təlimlərin keçirilməsində əməyi olan Səbinə Abızadəyə öz minnətdarlığımı bildirirəm”, - deyə Balaəhməd Hüseynzadə qeyd edib.
Tehsil-press.az