Bu ölkədə üç milyondan çox uşaq koronavirusa yoluxub

Bu ölkədə üç milyondan çox uşaq koronavirusa yoluxub ABŞ-da koronavirus aşkarlanandan indiyədək üç milyondan çox uşaq pandemiyaya yoluxub.
Bu barədə Amerika Pediatriya Akademiyasının açıqlamasında deyilir.
Bildirilib ki, ABŞ-da pandemiya uşaqlar arasında yayılmaqda davam edir:
“Keçən həftə aparılan koronavirus testlərində 99 min uşağın nəticəsi müsbət çıxıb. Son iki həftədə uşaq yoluxmalarında 8 faiz artım qeydə alınıb. Uşaq yoluxmaları ümumi yoluxmaların 13 faizini təşkil edir”.
Qeyd edilib ki, virusa yoluxan uşaqların xəstəxanaya yerləşdirilmə faizi 1,2-2,9 arasındadır.

Tehsil-press.az

Oxşar xəbərlər