Hindistanda 3 yaşlı uşaq koronavirusa yoluxdu

Hindistanda 3 yaşlı uşaq koronavirusa yoluxdu Hindistanda üç yaşlı uşaq koronavirusa yoluxub. Xəstələnən bir müddət əvvəl valideynləri ilə bərabər İtaliyadan Hindistana qayıdıb.
Bundan əlavə, xəstəlik İrandan ölkəsinə dönən Cammu və Kəşmirin 63 yaşlı qadın sakinin də aşkarlanıb.
“TASS”ın məlumatına görə, hər iki pasiyentin vəziyyəti stabildir.
Qeyd edək ki, ən son məlumata görə, bu günədək Hindistanda 41 nəfər koronavirusa yoluxub. Onlardan 16-sı İtaliyadan gələn turistlərdir. Xəstələnən hindistanlılar isə Çin, İtaliya, İran, BƏƏ, Malayziya və Tayland kimi ölkələrə səyahət edənlərdir. Üç hindistanlı pasiyent artıq sağalıb, ölüm faktı qeydə alınmayıb.

Tehsil-press.az



Oxşar xəbərlər