Fransada koronavirus qurbanlarının sayı 30 minə yaxınlaşır

Fransada koronavirus qurbanlarının sayı 30 minə yaxınlaşır Fransada koronavirus qurbanlarının sayı 29,2 mini ötüb. Bu barədə ölkənin Baş Səhiyyə Direksiyası (DGS) məlumat yayıb.
“29 209 nəfər dünyasını dəyişib, onlardan 18 859-u xəstəxanalarda, 10 350-si isə sosial və tibbi-sosial müəssisələrdə”, - DGS bildirir.
“Koronavirus infeksiyası ilə 12 315 nəfər xəstəxanaya yerləşdirilib, bir gün ərzində 145 yeni xəstəxanaya yerləşdirilmə halı qeydə alınıb. 1 204 nəfərdə xəstəliyin ağır forması müşahidə olunur, onlar reanimasiyadadırlar”, - qurumda qeyd edirlər.
"Worldometers.info"da olan məlumata görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 153,977 nəfər təşkil edir. 70 842 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.

Tehsil-press.az

Oxşar xəbərlər