Azərbaycan İlahiyyat İnstitutunda rektorun tələbələrlə onlayn iclası keçirilib

Azərbaycan İlahiyyat İnstitutunda rektorun tələbələrlə onlayn iclası keçirilib Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 2020-2021-ci tədris ilinin yaz semestrinin başlanması ilə bağlı onlayn iclas keçirilib.
“Microsoft Teams” platforması üzərindən təşkil olunan iclasda rektor Aqil Şirinov semestrin başlanması münasibətilə müəllim və tələbələri təbrik edib. Rektor ölkəmizin ərazisində koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması, həmçinin Təhsil Nazirliyinin müvafiq əmri ilə Aİİ-də tədris, təlim-tərbiyə prosesinin distant (məsafədən) aparılması barədə danışıb.
Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq dərslərin “Microsoft Teams” platforması üzərindən keçiriləcəyini qeyd edən rektor bu proqramın üstünlüklərindən danışıb. O, tələbələrə dərslərdə, dil kurslarında, müxtəlif mövzulu müsabiqələrdə fəal olmalarını tövsiyə edib.
İnstitut rəhbəri keçən qış imtahan sessiyasında tələbələrin göstəricilərini diqqətə çatdırıb, adlı təqaüdlərə layiq görülənləri təbrik edib.
İmtahan sessiyası müddətində əldə etdikləri nəticələrə görə, təhsilalanlara tələbə təqaüdü ilə yanaşı, adlı təqaüdlər də verilir. Qış imtahan sessiyasının nəticələrinə görə, Aİİ-də təsis olunmuş Heydər Əliyev adına təqaüdə 1, Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsis edilmiş Şeyxülislam adına təqaüdə 1, Vasim Məmmədəliyev adına təqaüdə isə 3 nəfər layiq görülüb.

Tehsil-press.az

Oxşar xəbərlər