Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bakalavriat və magistratura səviyyələri üzrə payız semestrinin qış imtahan sessiyası başlayıb.
Dörd həftə davam edəcək sessiya təsdiq edilmiş imtahan cədvəlinə uyğun olaraq, “Microsoft Teams” platforması üzərindən onlayn formatda əsasən şifahi, ehtiyac olduğu təqdirdə isə yazılı formada həyata keçirilir. Ali tədris müəssisəsində xüsusi karantin rejiminin tələblərini və məsafədən tədrisin reallıqları nəzərə alınaraq, imtahan sessiyasında tələbələrin bilik və bacarıqlarını göstərmələri üçün lazımi şərait yaradılıb.
Qeyd edək ki, COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi 2020-ci il noyabrın 2-dən etibarən distant formada keçirilir. Aİİ-də cari tədris prosesi Təhsil Nazirliyinin tövsiyəsinə uyğun olaraq onlayn şəkildə “Microsoft Teams” platforması üzərindən təşkil edilib. Tələbələrin imtahanlarda daha fəal iştirak etmələri üçün güzəştlər tətbiq olunur.
İmtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, sualların tərtibi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin tam təmin olunması, sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların araşdırılması və həll edilməsi məqsədilə ali təhsil müəssisəsində qərargah və onun nəzdində apelyasiya komissiyası yaradılıb. Qərargah mövcud şəraitə uyğun olaraq məsafədən onlayn şəkildə fəaliyyət göstərəcək. Daxil olan elektron müraciətlər, şikayətlər qısa müddətdə çevik şəkildə araşdırılacaq və lazımi tədbirlər görüləcək.
Tehsil-press.az