Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rəhbər heyəti, müəllim və tələbələrinin iştirakı ilə distant təhsillə bağlı onlayn iclası keçirilib.
Onlayn iclasda çıxış edən Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov Azərbaycan Respublikası ərazisində koronavirus (COVID-19) xəstəliyinin yayılmasının qarşısının alınması, ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin təxirə salındığını nəzərə alaraq, ali təhsil müəssisəsində də onlayn dərslərə bir neçə müddətdir başlandığını nəzərə çatdırıb. Bildirib ki, qlobal pandemiya elan edilən koronavirusa (COVID-19) qarşı dünya səfərbər olub. Azərbaycan hazırkı qlobal təhlükənin öz əhalisinə təsirini mümkün qədər minimuma endirmək üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir.
O, müəllim və tələbələrə bir sıra tövsiyələrini bildirib. A.Şirinov koronavirus (COVID-19) infeksiyasının qlobal pandemiya elan olunduğunu və virusun geniş yayılma sürətini nəzərə alaraq, onları Ümumdünya Səhiyyə Təşkilatı və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət etməyə çağırıb.
Qeyd edib ki, tələbələr Azərbaycan Respublikası Təhsil Nazirliyinin tövsiyəsinə əsasən “Microsoft Teams” platforması üzərindən keçirilən dərslərdə aktiv olmalı, verilən tapşırıqları yerinə yetirməli, təhsildən bacardıqları qədər geri qalmamalıdırlar. O, eyni zamanda müəllimlərə müraciət edərək, bu həssas zamanda tələbələrə qayğı ilə yanaşılmasını, proqrama qoşula bilməyənlərlə fərdi qaydada çalışılmasını tövsiyə edib.
A.Şirinov nəzərə çatdırıb ki, dərslər mütləq şəkildə dərs cədvəlinə və sillabuslara uyğun aparılmalıdır.
Daha sonra Aİİ-nin prorektoru, dosent Mübariz Camalov və digər rəhbər heyət də tələbələrə məsləhətlərini bildirib, həmçinin tədris proqramından geri qalmamaq üçün onlayn dərslərdə müntəzəm olaraq iştirakın vacibliyini vurğulayıblar.
Məlumat üçün bildiririk ki, ali təhsil müəssisəsində tədris və təlim-tərbiyə prosesi dayandırıldıqdan sonra, tələbələrin təhsil prosesindən geri qalmaması üçün onlayn dərslərin təşkili həyata keçirilir. İnstitutda distant təhsilin təkmilləşdirilməsi ilə bağlı intensiv tədbirlər aparılır.
Tehsil-press.az