Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis

Azərbaycan artıq müharibə etmək istəmir - Rusiyalı hərbi mütəxəssis Rusiyalı hərbi ekspert Aleksandr Artamonov xarici və yerli KİV-lər üçün keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyevlə keçmiş müsahibəsindən danışıb.
Hərbi ekspert bildirib ki, söhbət dörd dildə təxminən dörd saat çəkib:
"Prezident İlham Əliyev hesab edir ki, münasibətlərin hazırkı mərhələsi özünəməxsus şəkildə Xocalıya, yəni qadın və uşaqlar da daxil olmaqla 613 azərbaycanlının öldürüldüyü 1992-ci ildə baş verən etnik qırğına cavab və ya qisasdır. Faktiki olaraq, vəziyyətin Azərbaycan Prezidenti tərəfindən çox maraqlı qiymətləndirilməsi qırmızı xətlə keçir".
Hərbi ekspert vurğulayıb ki, Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan sülh istəyir:
"O, dövlət başçısı olaraq deyib ki, Xocalıdan qisas almağı bacardığımızı, etnik qırğınlar təşkil etməməyimizə baxmayaraq 30 illik sonsuz danışıqlar bahasına ala bilmədiklərimizi aldıq və indi sülhdən başqa heçnə istəmirik".
Bu da Azərbaycanın intiqam almaq niyyətində olmadığını göstərir.
A.Artamonov Azərbaycan küçələrində də vəziyyətin sakit olduğunu vurğuladı.

Tehsil-press.az



Oxşar xəbərlər