Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkələrdə komitədə aparılmış yoxlamalarla bağlı iddialara münasibət bildirib.
S. Mehdiyev qeyd edib ki, bu məlumatlar həqiqətə uyğun deyil: “Bunun heç bir kökü yoxdur. Heç bir hüquq-mühafizə orqanı komitədə yoxlama aparmayıb.
Guya 700 milyon kəsir hesablanıb. Bu, kiminsə siyasi oyunu idi. Kimlərsə gündəmdə qalmaq istəyirdi. Biz zavod, fabrik deyilik ki, kəsirimiz olsun. Mən nəticələri təqdim etdim. Bunu görmürlərsə, kordurlar.
Bəzi ekspertlər artımı devalvasiya ilə əlaqəndirirlər. Bu nəticələrin daha da yaxşı olması üçün fəaliyyət göstəririk. Nəyi yoxlayırlar? Buyurub gəlib yoxlasınlar. Biz qanunlarla işləyirik.
Göstərdik ki, hansı mallar idxaldan azad edilib. Sən necə özündən 8 faiz çıxarıb hesablaya bilərsən?! Toplama-çıxma bilmirlərsə, ən az bizim differensial faizlərə baxsınlar”.
Tehsil-press.az