Elçin Quliyevlə Səfər Mehdiyev yoxlama apardı

Elçin Quliyevlə Səfər Mehdiyev yoxlama apardı Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev tərəfindən Azərbaycanın Rusiya ilə dövlət sərhədində yerləşən "Samur" gömrük-sərhəd buraxılış məntəqəsində şəxslərin və nəqliyyat vasitələrinin dövlət sərhədindən buraxılışı vəziyyəti yoxlanılıb.
Prezident İlham Əliyevin dövlət sərhədindən buraxılış məntəqələrində sərhəd və gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi barədə verdiyi tapşırıqların icra vəziyyəti və bu istiqamətdə görülmüş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi məqsədilə dövlət sərhədindən keçən şəxslərlə söhbət edilib, şəxslərin və nəqliyyat vasitələrinin rəsmiləşdirilməsinə daha az vaxt sərf edilməsi imkanları müzakirə olunub.
Bu məqsədlə Dövlət Sərhəd Xidmətinin rəisi və Dövlət Gömrük Komitəsi sədrinin rəhbərliyi ilə keçirilmiş xidməti müşavirədə prezident İlham Əliyevin ölkəmizin turizm imkanlarının genişləndirilməsi, biznes mühitinin daha da yaxşılaşdırılması, sahibkarlığın inkişaf etdirilməsi və dövlət qurumları tərəfindən Azərbaycan vətəndaşlarının mənafelərinin qorunması ilə bağlı tapşırıq və göstərişlərinin icrası üzrə hər iki qurumun üzərinə düşən vəzifələrlə bağlı geniş fikir mübadiləsi aparılıb.
Son zamanlar sərnişin və yükdaşımaların həcminin əhəmiyyətli dərəcədə artması baxımından sərhəd təhlükəsizliyinin təminatı tədbirlərinin gücləndirilməsi ilə yanaşı, sərhədkeçmə məsələlərinin daha da təkmilləşdirilməsi, o cümlədən dövlət sərhədindən keçən şəxslər, nəqliyyat vasitələri və yüklər üzərində sərhəd və gömrük nəzarətinin sürətləndirilməsi və daha səmərəli təşkilinə dair konkret tapşırıqlar verilib.

Tehsil-press.az

Oxşar xəbərlər