Ramin Əhmədov: Türk dünyasının milli-mənəvi irsini təbliğ etmək fəaliyyətimizin əsas qayəsini təşkil edir

Ramin Əhmədov: Türk dünyasının milli-mənəvi irsini təbliğ etmək fəaliyyətimizin əsas qayəsini təşkil edir “Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən 160-dan çox məqalə yaradılıb və onlayn ensiklopediyada yerləşdirilib.
Bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib. O bildirib ki, ata tərəfdən qazax, ana tərəfdən tatar olan opera müğənnisi Bibigül Tölegenova, Krım-tatar yazıçısı və rəssamı Ennan Alimov, Krım-tatar şairi və tarixçisi Həmdi Giraybəy, şor türkü olan yazıçı və maarifçi, Şor yazılı ədəbiyyatının banilərindən biri Fyodor Çispiyakov, xakas yazıçısı Albina Kurbijekova, Rusiya Federasiyası Çuvaşıstan Respublikasının Xalq yazıçısı Yuxma Mişşi, xakas şairi Moisey Bainov, xakas əlifbasının və yazı sisteminin müəllifi Aleksandr Topanov və saxa ədəbiyyatı haqqında məqalələr yaradılıb. Məqalələrdə türk dünyasının tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat yer alıb.
Layihə barədə məlumat verən R.Əhmədov qeyd edib ki, könüllülər məqalələrin yaradılmasında və “Vikipediya”da yerləşdirilməsində böyük həvəslə iştirak edirlər. Ona görə də fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq. Türk dünyasının milli-mənəvi irsini təbliğ etmək fəaliyyətimizin əsas qayəsini təşkil edir.

Tehsil-press.az



Oxşar xəbərlər