Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti AzMİU-da

Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin nümayəndə heyəti AzMİU-da Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi İlyas Dəmirçinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) qonağı olub.
“Qarabağın dünəni, bu günü və gələcəyi” adlı konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan qonaqlarla aktual mövzular ətrafında maraqlı fikir mübadiləsi aparılıb.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova ən çətin günlərdə qardaş ölkənin bizim yanımızda olduğunu, hər cür dəstək göstərdiyini, 44 günlük Vətən müharibəsində Türkiyə Respublikasının ölkəmizin arxası, dayağı olduğunu vurğulayıb.
İlyas Dəmirçi Vətən müharibəsində qazanılan böyük zəfər münasibətilə görüş iştirakçılarını təbrik edib. O, birliyin növbəti planları, “100 ilin ən yaxşı türk şəhəri” layihəsi, keçirmək istədikləri müsabiqələr barədə məlumat verib.
Qeyd edək ki, AzMİU Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin ölkə üzrə təmsilçisidir və uzun illərdir ki bu qurumla əməkdaşlıq edir.

Tehsil-press.az


[/thumb]

Oxşar xəbərlər