“Türk dünyası ağsaqqalları” qəzetinin təşəbbüsü ilə “Türk dünyası “Vikipediya”da” layihəsi çərçivəsində məqalələrin zənginləşdirilməsi, yerləşdirilməsi və yeni mətnlərin yaradılması prosesi uğurla davam etdirilir. Layihə çərçivəsində könüllülər tərəfindən türk dünyasının tarixini, mədəniyyətini, ədəbiyyatını, memarlığını əhatə edən yüzdən çox məqalə yaradılıb.
Bu barədə Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədr müavini, “Türk dünyası ağsaqqalları” qəzetinin baş redaktoru Ramin Əhmədov məlumat verib.
O bildirib ki, könüllülər tərəfindən “Vikipediya”nın Azərbaycan dili bölməsində polkovnik-leytenant Əbdürrəhim Rəşidov, Krım tatarı hərbçisi Fətislam Əbilov, karaimlərin mədəniyyət kolleksiyalarının toplayıcısı, biblioqraf Boris Kokenay, kumuk dramaturqu, yazıçı, aktyor və teatr xadimi Əmir Qurbanov, kumuk şairi və dramaturqu, kumuk dramaturgiyasının banisi Alim Paşa Salavatov, uyğur yazıçısı və dramaturqu Əhmədcan Əşiri, Altay şairi, yazıçısı, publisisti və tərcüməçisi Boris Ukaçin, xarəzmli türkmən bəyi Saruxan bəy, Taspar xaqanın oğlu Amrak xaqan, həmçinin Barin və Afrin döyüşləri haqqında məqalələr yaradılıb.
“Türk dünyası “Vikipediya”da layihəsi davam edəcək. Gələcək fəaliyyətimiz davamlı və sistemli şəkildə olacaq. Məqsədimiz türk dünyasını əhatə edən məqalələri elektron resursda zənginləşdirmək, cəmiyyətimiz üçün daha əlçatan etmək və müvafiq sahədə informasiya bazasını genişləndirməkdir”,- deyə R.Əhmədov bildirib.
Tehsil-press.az