Kraliçadan nəvəsi ilə gəlininin qərarına - Münasibət

Kraliçadan nəvəsi ilə gəlininin qərarına - Münasibət Böyük Britaniya kraliçası II Yelizaveta nəvəsi Harri ilə xanımı Meqan Marklın kral ailə üzvlüyündən imtina edərək azad həyat seçimi etmələrinə münasibət bildirib.
Məsələ ilə bağlı ilk dəfə danışan kraliça Sasseks hersoqlarının birgə iclasından sonra deyib:
“Mənim ailəm və mən Harri ilə Meqanın yeni həyat qurmaq arzusunu dəstəkləyirik”.
Kraliça əlavə edib ki, bununla belə o, nəvəsi ilə gəlininin kral ailəsinin tam işçi üzvləri kimi qalmasını arzulayardı. Buna baxmayaraq, onları başa düşür və daha sərbəst həyat yaşamaq arzularına hörmətlə yanaşır.
Qeyd edək ki, şahzadə Harri və Meqan Markl Sasseks hersoq və hersoqinyası statuslarına görə aldıqları maliyyədən imtina edərək sərbəst həyat sürmək istədiklərini bəyan ediblər.

Tehsil-press.az

Oxşar xəbərlər