Bu kitab 238 minə satıldı

Bu kitab 238 minə satıldı “Harri Potter” kitabının ilk nəşri auksionda satışa çıxarılıb.
Satışı Bonhams evi təşkil edib.
Məlumata əsasən, “Harri Potter və fəlsəfi daş”ın 1997-ci il nəşri gözləniləndən 3 dəfə baha -140 min dollara (təxminən 238 min manat) satılıb. Buna səbəb yazıçı Coanna Roulinqin kitabı imzalaması olub.
Britaniyalı yazıçının bestseller olmuş “Harri Potter” adlı 7 kitabı çıxıb. Kitablar ümumilikdə 450 milyon tirajla çap 79 dildə çap edilib. Onların əsasında Harri Potterin macəralarını əks etdirən 8 film çəkilib.

Leyla Bayramova


Oxşar xəbərlər