Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) tanınma üzrə ekspert qrupu “Face-the-Case” seminarı çərçivəsində Afrika regionu üzrə ilk təlimlərdə iştirak edib. Onlayn formatda keçirilən təlim xarici ali təhsilə aid kvalifikasiyaların tanınma üzrə dünya ölkələrinin məlumat mərkəzi şəbəkələri arasında məlumat mübadiləsini artırmaq, təcrübələri bölüşmək və “beyin fırtınası” aparmaq üçün platforma rolunu oynayır.
Təlimin əsas müzakirə mövzusu Afrika ölkələrində əldə edilmiş kvalifikasiyaların tanınmasında yaranan çətinliklər və tanınma prosesi zamanı diqqət yetirilməli məqamlar olub. Əlavə olaraq, təqdim edilən sənədlərin legitimliyinin müəyyənləşdirilməsi üçün metodlar müəyyənləşdirilib. Belə ki, Efiopiya, Kotdivuar, Benin, Somali və Malavidə təhsil almış tələbələrin tanınma üçün təqdim etdikləri diplomların həqiqiliyi, onları təqdim edən ali təhsil müəssisələrinin statusu müzakirə olunub.
Qeyd edək ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin elektron ərizə sistemində Afrika regionundan kvalifikasiyaların tanınması üzrə ümumilikdə 233 ərizə qeydə alınıb. Sözügedən təlimlər ekspert qrupunun bu region üzrə daxil olan müraciətlərin ekspertizası zamanı daha səmərəli fəaliyyətini təmin edəcək.
Xatırladaq ki, ekspert qrupu bu təlimlərlə yanaşı, bu ilin may ayınadək ümumilikdə daha 4 region (Latın Amerikası, Asiya, Yaxın Şərq, Avropa) üzrə keçiriləcək təlimlərə qoşulacaq.
Tehsil-press.az