Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsilini başa vuraraq hazırda ali məktəblərdə çalışan gənclər arasında növbəti videogörüş keçirilib.
Görüşün əsas məqsədi Dövlət Proqramı çərçivəsində təhsilini başa vuraraq ölkəmizin ali təhsil müəssisələrində çalışan məzunların təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı düşüncə, təklif və tövsiyələri ilə tanışlıq olub.
Tərəflər arasında təhsil sahəsinin strateji inkişaf hədəflərinin reallaşdırılması, müasir tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılması və pandemiya dövründə ali təhsildə keyfiyyətin təmin olunmasının mexanizm və alətləri müzakirə olunub.
Görüşdə çıxış edən Təhsil Nazirliyinin və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin rəhbər şəxsləri məzunların təhsilin keyfiyyətinin yüksəldilməsinə verə biləcəyi töhfələrin təhsilimizin inkişafı üçün müstəsna əhəmiyyət daşıdığını və müasir tələblərə cavab verən effektiv keyfiyyət təminatı sisteminin formalaşdırılmasında xüsusi önəm kəsb etdiyini qeyd ediblər.
Qeyd edək ki, görüş Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü ilə reallaşıb.
Tehsil-press.az