Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün müraciət elektron qaydada həyata keçiriləcək.
Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən ərizəçi Təhsil Nazirliyinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nin “Qiymətləndirilmə və Tanınma” altsistemində elektron ödəmə sistemi vasitəsilə ödəniş edir və elektron ərizəni doldurur. Ərizəçi sənədlərin qəbulu, imtahanların təşkili qaydaları, imtahan proqramı haqqında məlumatları altsistem vasitəsilə əldə edə biləcək.
Xatırladaq ki, ümumi orta təhsil səviyyəsini azı 4 il əvvəl və ya tam orta təhsil səviyyəsini azı 2 il əvvəl bitirərək, müraciət etdiyi müvafiq ixtisas üzrə azı 2 il qeyri-formal və informal təhsil formaları vasitəsilə bilik, bacarıq, səriştə və təcrübə əldə edən vətəndaşlar qiymətləndirilmə və tanınma üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət edə bilərlər.
Tehsil-press.az