Bakı Biznes Universitetinin koordinatoru olduğu layihə çərçivəsində Vilnüsdə növbəti təlimlərə başlanılıb

Bakı Biznes Universitetinin koordinatoru olduğu layihə çərçivəsində Vilnüsdə növbəti təlimlərə başlanılıb Bakı Biznes Universitetinin (BBU) koordinatoru olduğu və Avropa Komissiyası tərəfindən maliyyələşdirilən “Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində Litvanın Vilnüs şəhərində növbəti təlimlərə başlanılıb.
İlk təlimlər Litvanın Ali Təhsildə Keyfiyyət Təminatı Mərkəzində və Mykolas Romeris Universitetində keçirilib. Növbəti təlimlər isə Litvanın Sosial-Tətbiqi Elmlər Universitetində təşkil olunacaq. Ali təhsildə keyfiyyət təminatı sahəsində aparıcı mütəxəssislər tərəfindən aparılan təlimlərdə Azərbaycanın 11 universitetindən 36 nümayəndə iştirak edir. Təlimlərin məqsədi Azərbaycan universitetlərində keyfiyyət təminatı mərkəzlərinin yaradılması və bu mərkəzlərin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.
BBU-nun rektoru İbad Abbasovun rəhbərliyi ilə keçirilən təlimlər noyabrın 11-dək davam etdiriləcək.

BBU-nun Mtbuat Xidmti



Oxşar xəbərlər