Azərbaycan iqtisadi qüdrəti olan bir dövlət kimi, həm də güclü orduya malikdir. Ordu ərazi bütövlüyümüzü qoruyan hərbi qüvvədirsə, onu yenilməz edən isə əsgər və zabitlərimizin gücü, iradə möhkəmliyi, qorxmazlığı, döyüş bacarığı, düşmənə qarşı eyni əqidə ilə yumruq kimi birləşərək mübarizə aparmasıdır. Məhz bu birlik sayəsində rəşadətli Azərbaycan Ordusu hədəfinə çatmağı bacardı, böyük Qələbəyə imza atdı. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin bu möhtəşəm qalibiyyəti dünyaya səs saldı.
Bu fikirləri Etibar Cəfərov adına 118 nömrəli tam orta məktəbin direktoru Nizaməddin Ağcayev söyləyib. O bildirib ki, qısa müddət ərzində Zəfər çalan Azərbaycan Ordusu, həm də yüksək peşəkarlığa malikdir. Məhz bu peşəkarlıq sayəsində Qarabağımızın incisi sayılan Şuşa şəhəri mənfur düşmən tapdağından azad edildi. Qayalıqlara dırmaşaraq yüngül silah-sursatla Şuşaya daxil olan Azərbaycan Ordusu hərb tarixində bir möcüzəyə imza atmış oldu. Düşmənin ordumuzun gözlənilməz əks-hücumu qarşısında gücsüzlüyünü təsəvvür etmək o qədər də çətin deyil. İllərlə özlərini bir yalana inandıran düşmən belə bir gücün, qətiyyətin qarşısında aciz qaldı. İkinci Qarabağ müharibəsi Azərbaycan Ordusunun yeni təcrübə qazanması üçün də real şərait yaratdı. Bu təcrübə dünya ölkələrinin də marağına səbəb oldu. Artıq müxtəlif ölkələrdən olan hərbi ekspertlər Azərbaycan Ordusunun təcrübəsindən yararlanır, bu təcrübəni öyrənməyə çalışır.
“Şanlı Azərbaycan Ordusunun böyük şücaəti, döyüş bacarığı, yenilməzliyi və böyük qalibiyyəti sayəsində indi üçrəngli bayrağımız Qarabağda dalğalanır. Bu, ədalətin bərpası, ordumuzun düşmənə verdiyi ən sarsıdıcı həyat dərsi, düşməndən alınmış ən ağır intiqam idi. Həmçinin Poladların, Xudayarların, Cəbrayılların intiqamı idi. Çox şükür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Müqəddəs zirvənin fatehləri olan şəhidlərimizin ruhu indi şaddır.
Azərbaycan əsgəri qorxmazdır, ölümün üzünə dik baxaraq düşmənin qarşısına çıxmağı bacaran əsgərdir. Təkcə Mübariz İbrahimovu xatırlatmaq kifayətdir ki, hər kəsdə Azərbaycan əsgəri haqqında təsəvvür yaransın. Şanlı Azərbaycan Ordusu bizim güvənc yerimiz, qürur mənbəyimiz, fəxrimizdir. Qarabağımızı azadlığa çıxaran qalib ordunun, qalib millətin dilində daim səslənəcək “Qarabağ Azərbaycandır!” şüarı var”,- deyə Nizaməddin Ağcayev fikrini yekunlaşdırıb.
Tehsil-press.az