İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) Tədris Mərkəzi və Bakı Dövlət Universiteti (BDU) arasında əlaqələrin gücləndirilməsi və vergi hüququ sahəsində mütəxəssis hazırlığı üzrə müvafiq işlərin görülməsi məqsədilə növbəti görüş keçirilib.
BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, DVX-nin Tədris Mərkəzinin rəisi vəzifəsini icra edən Mirəli Kazımov, DVX-nin İnsan Resursları Baş İdarəsinin rəis müavini Nərgiz Muradova, Tədris Mərkəzinin rəisinin birinci müavini Ceyhun Mehdiyev, Elm, innovasiya və əməkdaşlıq şöbəsinin rəisi Nazim Əliyevin iştirak etdiyi görüşdə tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları və resursların birləşdirilməsi sayəsində görüləcək işlər müzakirə olunub, gələcəkdə dövlət vergi orqanlarında və əmək münasibətləri bazarında vergi sahəsi üzrə ixtisaslı kadrlara olan ehtiyacların təmin edilməsi məqsədilə birgə kadr hazırlığı sahəsində ilkin razılıq əldə olunub.
Əmir Əliyev DVX-nin rəhbərliyinin BDU-da vergi hüququ üzrə ixtisasın yaradılması təşəbbüsünü yüksək qiymətləndirib, DVX ilə birgə əməkdaşlıq yolu ilə bu vəzifənin öhdəsindən layiqincə gələ biləcəklərinə əminliyini ifadə edib.
Görüşdə BDU-da ilkin mərhələdə magistratura pilləsi üzrə vergi hüququ ixtisasının yaradılması məqsədilə zəruri olan tədris-metodik tələbatlar, normativə uyğun dərs yükü, tədris olunmalı fənlər və bunlara uyğun tədris-metodik vəsaitlər, partnyor təşkilatlar, peşəkar müəllim heyəti, kadr təminatı və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Tehsil-press.az