UNEC-də vergilərə aid dərs vəsaitinin hazırlığı üzrə məsləhətləşmələrə başlanılıb

UNEC-də vergilərə aid dərs vəsaitinin hazırlığı üzrə məsləhətləşmələrə başlanılıb Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) vergi sahəsinə dair dərslik, dərs vəsaiti, təlim materialları və fənn proqramlarının hazırlığı üzrə məsləhətləşmələrə başlanılıb.
İlk müzakirədə Vergilər Nazirliyinin əməkdaşları iştirak ediblər. Fikir mübadiləsinə vergi üzrə mütəxəssis hazırlayan ali məktəblərin nümayəndələri də qatılıblar.
Görüşdə birgə fəaliyyət üçün əlaqələndirici qrupun yaradılması təklif olunub.
UNEC-in maliyyə və maliyyə institutları kafedrasının dosenti, Vergilər Nazirliyinin əməkdaşı Ramiz Məhərrəmovun əlaqələndiriciliyi ilə fəaliyyət qrupu yaradılıb. Qrup 10 gün müddətində məsləhətləşmələr apararaq fəaliyyət üçün istiqamət planını hazırlayacaq. Plan hazır olduqdan sonra müzakirələr davam etdiriləcək.

UNEC-in Mətbuat Xidməti


Oxşar xəbərlər