“Vaksinasiyanın koronavirus keçirənlərə ziyanı yoxdur”

“Vaksinasiyanın koronavirus keçirənlərə ziyanı yoxdur” “Koronavirusu gizli şəkildə keçirərək sağalmış insanlar peyvənd olunarsa, bunun ona heç bir ziyanı yoxdur, əksinə xeyri ola bilər”.
Səhiyyə Nazirliyinin Baş infeksionisti Təyyar Eyvazov bildirib.
O qeyd edib ki, COVID-19 keçirmiş insanlarda vaksinasiyadan sonra əmələ gəlmiş anticisimlərin səviyyəsi daha yüksək olur: “Çünki orqanizmdə anticisimlər bir qədər var idi. Hətta birinci doza vaksinasiyadan sonra kifayət qədər yüksək səviyyədə anticisimlər formalaşır. İstənilən halda, vaksinasiyanın koronavirus keçirmiş insana ziyanı yoxdur”.

Tehsil-press.az

Oxşar xəbərlər