“Covid-19 epidemiyası insanlara birbaşa heyvanlardan yoluxarsa, virusun inkubasiya dövrü 14 gün deyil, daha çox ola bilər”.
Bunu Rusiya Səhiyyə Nazirliyinin ştatdankənar Baş məsləhətçisi Yelena Malinnikova deyib:
“Bu gün koronavirusun inkubasiya dövrü kimi 14 gün götürülür. Ancaq virus insana birbaşa heyvanlardan yoluxarsa, bu müddət uzana bilər”.
Qeyd edək ki, Con Hopkins adına İctimai Sağlamlıq Məktəbinin tədqiqatçıları koronavirusun inkubasiya dövrünü 5 gün olaraq müəyyən etmişdilər və 14 günlük karantin rejiminin xəstəliyin müalicəsi üçün kifayət etdiyini bildirmişdilər. Üstəlik, pasiyentlərin 97,5%-ində Covid-19-un simptomlarının yoluxmadan sonra 11 gün ərzində üzə çıxdığı qeyd edilmişdi.
Tehsil-press.az