Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən ümumi təhsil məktəblərində təhsil alan şəhid övladları ilə onlayn görüş keçirilib.
Əvvəlcə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsinin hər birimiz üçün əziz olduğunu bildirib, xalqımızın qəhrəman övladları ilə qürur duyduğunu vurğulayıb. M.Vəliyeva dövlətimiz tərəfindən müharibə iştirakçıları olan qazilər və şəhid ailələrinin hərtərəfli qayğı ilə əhatə olunduğunu söyləyib, ölkəmizdə hər bir əsgərin əməyinin yüksək dəyərləndirildiyini qeyd edib.
Prezident İlham Əliyevin 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşdə qələbəmizdə hər bir əsgərin xüsusi rolunu vurğuladığını diqqətə çatdıran M.Vəliyeva xalqımıza misilsiz qələbə sevincini bəxş edən şəhidlərimiz kimi, onların ailə üzvlərinin də bizim üçün çox dəyərli olduğunu söyləyib.
BŞTİ-nin müdiri Azərbaycan qəhrəmanlarının həyatlarının şagirdlər üçün hər zaman örnək olacağına və məktəblilərin Vətənə layiqli övlad kimi yetişəcəyinə əminliyini ifadə edib.
Görüşdə çıxış edən şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, “YAŞAT” Fondunun müdir müavini Rəbiyyə Cəfərova, Xalq artisti Nurəddin Mehdixanlı Müzəffər Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin ətrafında sıx birləşən xalqımızın inamı və rəşadətli Milli Ordumuzun qətiyyəti ilə qazanılmış tarixi Zəfərimizin milli kimliyimizi, birliyimizi və gücümüzü dünyaya nümayiş etdirdiyini bildiriblər. Vətənin adını ucaldan, Azərbaycana yüksək fəxarət, şərəf gətirən şəhidlərin ailələrinin daim xüsusi diqqət mərkəzində olacağını vurğulayıblar.
Qəhrəman şəhidlərimizin övladları dövlətin bütün strukturları və cəmiyyət üzvləri tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıdan söz açıblar.
Görüşdə Azərbaycanın ərzi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən oğullarına həsr olunmuş videoçarx nümayiş etdirilib.
Qeyd edək ki, BŞTİ tərəfindən şəhidlərin övladlarına hədiyyələr də göndərilib.
Tehsil-press.az