Türkiyə Suriyada daha 10 terrorçunu zərərsizləşdirdi

Türkiyə Suriyada daha 10 terrorçunu zərərsizləşdirdi Suriyanın şimalındakı “Fərat Qalxanı” əməliyyatı zonasında 10 YPG (PKK-nın Suriya qanadı-red.) terrorçusu zərərsizləşdirilib.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, terrorçuların yeri pilotsuz uçuş aparatları (PUA) vasitəsilə müəyyənləşdirilib.
Məlumata görə, Türkiyə Silahlı Qüvvələri Kilis vilayətini hədəf alan terror aktına cavab verməyə davam edir.
“Bu tədbirlər çərçivəsində 10 PKK/YPG terrorçusu İHA tərəfindən aşkar edilərək zərərsizləşdirilib”,- deyə nazirliyin açıqlamasında qeyd olunub.
Xatırladaq ki, Türkiyə Milli Müdafiə Nazirliyi martın 18-də Suriyadan atılan raketlərin Türkiyənin cənub-mərkəzi Kilis əyalətindəki səhra bölgəsinə düşdüyünü açıqlamışdı. Bu hadisədən sonra Türkiyə Silahlı Qüvvələri PKK terrorçularının mövqelərinə cavab zərbələri endirib, nəticədə 20-dən çox hədəf məhv edilib və çox sayda terrorçu zərərsizləşdirilib.
Cavab atəşi zamanı yalnız atəş mövqeləri deyil, həm də terrorçuların nəzarətində olan Təl-Rifyatdakı mövqelər də hədəf alınıb.
Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.
Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini “Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.

Tehsil-press.az


Oxşar xəbərlər