Koronavirus epidemiyası qurbanlarının sayı 92 min 621-ə çatıb

Koronavirus epidemiyası qurbanlarının sayı 92 min 621-ə çatıb Fransada son sutkada COVID-19 epidemiyasından 343 ölüm faktı qeydə alınıb və epidemiyadan ölənlərin ümumi sayı 92 min 621-ə çatıb.
Bu barədə Fransanın Səhiyyə İdarəsi məlumat verib. Bildirilib ki, reanimasiya şöbələrində ağır vəziyyətdə olan koronavirus xəstələrinin sayı 4548-ə çatıb və ağır vəziyyətdə olan xəstələrin sayı artmaqda davam edir. Xəstəxanalarda 26 min 488 koronavirus xəstəsi müalicə alır, bu günədək 281 min 885 koronavirus xəstəsi sağalıb. Epidemiya başlayandan ölkədə 4 milyon 298 min 395 yoluxma qeydə alınıb. Xəstəxanalarda vəziyyət ötən ilin noyabr ayındakı ikinci dalğanın pik nöqtəsinə çatıb.
Ötən il dekabrın sonunda başlamış koronavirusa qarşı peyvənd kampaniyası çərçivəsində 6 milyon 199 min 118 nəfərə peyvəndin birinci dozası, onlardan 2 milyon 429 min 958 nəfərinə peyvəndin ikinci dozası vurulub. Son 24 saatda 47 min 221 peyvənd edilib.
Ölkədə aparılan testlərin 9,25 faizinin pozitiv olduğu bildirilir.
Bəzi mütəxəssislər ölkədə məhdudiyyətlərin gücləndirilməsini tələb edirlər.

Tehsil-press.az



Oxşar xəbərlər