Dünyada koronavirusla bağlı son vəziyyət

Dünyada koronavirusla bağlı son vəziyyət Dünyada son bir gündə koronavirusa 518 mindən çox yoluxma qeydə alınıb.
Son məlumata əsasən bir gün ərzində infeksiyaya yoluxma ilə bağlı 518 201 hal qeydə alınıb, COVID-19-dan 8 923 pasiyent ölüb. Beləliklə, dünyada COVID-19-a yoluxma hallarının ümumi sayı 126 890 540, ölüm hallarının sayı 2 778 619 təşkil edir.
Təhlükəli virusa ən çox yoluxma ABŞ-da qeydə alınıb. Bu ölkədə 29 921 599 nəfər virusa yoluxub. Daha sonra Braziliya (12 490 362), Hindistan (12 039 644), Rusiya (4 528 543), Fransa (4 472 071), Böyük Britaniya (4 333 046), İtaliya (3 532 057), İspaniya (3 247 738), Türkiyə (3 208 173), Almaniya (2 782 273), Kolumbiya (2 375 591) və Argentina (2 301 389) gəlir.

Tehsil-press.az


Oxşar xəbərlər