Aprelin 2-si saat 12:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq. Bu buraxılışın qonağı Melburn Universitetinin fəxri professoru, Avstraliya Tədris və Məktəb Liderləri İnstitutunun direktoru, “bestseller” müəllifi Con Hətti olacaq.
Nazirliyin dəstəyi və “T-NETWORK” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə davam edən “Yeni çağırışlar”da görünən öyrənmə və dəyişiklik üçün məktəb modeli haqqında danışılacaq.
Proqramı qeyd edilən tarixdə Təhsil Nazirliyinin rəsmi “Facebook” səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı izləmək olar.
Qeyd edək ki, Con Həttinin “Görünən öyrənmə” kitabı şagirdlərin öyrənməsinə təsir edən amilləri ortaya qoyur. 800-dən çox meta-analizin sintezindən formalaşan kitab 3 yüz milyondan çox şagirdin qatıldığı 100 mindən çox tədqiqatı əhatə edir. Bu, dünyanın ən böyük tədqiqatı sayılır və dəyişiklik üçün məktəb modeli adlanır. Con Hətti 1000-dən çox elmi məqalənin müəllifi, 200 dissertasiyanın və 52 kitabın elmi rəhbəridir. Onun tədqiqatları öyrənmə, öyrətmə və ölçmə modellərini əks etdirir. O, həmçinin Hətti Ailə Fondunun prezidentidir.
“Yeni çağırışlar” proqramı “T-NETWORK”un koordinatoru Cəfər Mənsiminin təqdimatında ayda iki dəfə yayımlanır. Məqsəd yerli və xarici mütəxəssislərin iştirakı ilə təhsildə yeni çağırışları müzakirə etmək, davamlı öyrənmə və inkişaf prosesini dəstəkləmək, qlobal səviyyədə qabaqcıl təcrübələrlə tanış olmaqdır. Proqramın əvvəlki qonaqları dünyaca məşhur “Khan Academy”nin qurucusu Sal Xan, Nobel Sülh mükafatçısı, professor Məhəmməd Yunus, tanınmış təhsil tədqiqatçısı və yazıçı Özgür Bolat, məşhur finlandiyalı professor Pasi Sahlberq, Harvardakı Dəyişiklik üzrə liderlik qrupunun rəhbəri Toni Vaqner, Türkiyə Təhsil Dərnəyinin prezidenti Səlcuq Pəhlivanoğlu olub.
Tehsil-press.az