“Ulduzu gör” inkişaf proqramına başlanılacaq

“Ulduzu gör” inkişaf proqramına başlanılacaq Təhsil Nazirliyinin dəstəyi və “T-NETWORK” təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə “Ulduzu gör” inkişaf proqramına başlanılacaq.
Proqram hər həftənin çərşənbə günü saat 19.30-da “T-NETWORK” “Facebook” səhifəsindən (https://www.facebook.com/tnetwork.az) canlı yayımlanacaq.
“Təhsilin məqsədi insanın içindəki ulduzu kəşf etmək və onu daha da parıldatmaqdır” ideyası ilə formalaşan “Ulduzu gör” inkişaf proqramı öyrədənlərin şəxsi və pedaqoji bilik və bacarıqlarını inkişaf etdirəcək.
“T-NETWORK” platformasının inkişaf və tədqiqat üzrə baş mütəxəssisi Qoşqar Məhərrəmovun təqdimatında əks olunacaq “Ulduzu gör” ilə liderlik, natiqlik, idarəetmə, effektiv ünsiyyət və s. mövzulara toxunulacaq.
Dekabrın 9-da baş tutacaq canlı yayımın ilk buraxılışı “Öyrənmənin yanacağı” mövzusuna həsr olunacaq.

Tehsil-press.az

Oxşar xəbərlər