UNEC-də təlim: Karyerada 10 uğurlu addım

UNEC-də təlim: Karyerada 10 uğurlu addım İqtisadçı Tələbələrə Dəstək İctimai Birliyi və Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Maliyyə və mühasibat fakültəsinin təşkilatçılığı ilə “Karyerada 10 uğurlu addım” adlı təlim keçirilib.
Təlimdə “Fred’s English” beynəlxalq ingilis dili mərkəzinin direktoru Tofiq Ələkbərli tələbələrə uğurlu karyera planlaması, əmək bazarında mövqeyi möhkəmləndirməyin yolları və s. mövzulardan danışıb.
Sonda fəal tələbələrə sertifikatlar təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər