“Veysəloğlu” şirkətlər qrupu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İnklüziv Təhsil Mərkəzində əlilliyi olan tələbələrlə görüş keçirib.
Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova inklüziv təhsilin Azərbaycan təhsilinin prioritet məsələlərindən biri olduğunu, əlilliyi olan insanların daim dövlətin və yerli qurumların qayğı və diqqəti ilə əhatə olunduğunu və bu istiqamətdə tədbirlərin, layihələrin həyata keçirildiyini qeyd edib.
Sonra UNEC İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova mərkəzin fəaliyyəti və universitetdə əlilliyi olan tələbələrə yaradılan şərait haqqında məlumat verib. Həmçinin “Veysəloğlu” şirkətlər qrupu tərəfindən UNEC-də təhsil alan əlil tələbələrə göstərilən diqqətin təqdirəlayiq addım olduğunu bildirib.
Daha sonra “Veysəloğlu” şirkətlər qrupunun təhsil müəssisələri ilə əlaqələr şöbəsinin rəhbəri Fuad Əliyev şirkətin Azərbaycanda təhsil sahəsində həyata keçirdiyi uğurlu layihələri və “Veysəloğlu ilə ilk addım” (VİA) təcrübə proqramı haqqında məlumat verib. F.Əliyev şirkətlər qrupunun inklüziv təhsil sahəsində UNEC-lə əməkdaşlığa dair layihələr həyata keçirəcəyinə hazır olduğunu bildirib.
Sonda iştirakçıların sualları cavablandırılıb.
UNEC-in Mətbuat Xidməti