UNEC: tələbələr işə qəbul üzrə müsahibələrdən uğurla keçməyin qaydaları barədə məlumatlandırılıb

UNEC: tələbələr işə qəbul üzrə müsahibələrdən uğurla keçməyin qaydaları barədə məlumatlandırılıb Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Karyera Mərkəzi və “Gilan Holding”in birgə təşkilatçılığı ilə tələbələr üçün "Uğurlu müsahibə texnikaları və karyera planlanması" mövzusunda ikigünlük təlim keçirilib.
"Gilan Holding"in işə qəbul üzrə meneceri Ceyran Fərazi tərəfindən keçirilən təlimdə tələbələr işə qəbul üzrə müsahibələrdən uğurla keçməyin qaydaları və şəxsi bacarıqlarına əsasən gələcək peşənin düzgün seçimi barədə məlumat əldə ediblər.
Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub.

Tehsil-press.az

Oxşar xəbərlər