Azərbaycan İlahiyyat İnstitutunda 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbir Dillər və ictimai fənlər kafedrasının müdiri, dosent İlkin Əlimuradovun moderatorluğu ilə “Zoom” proqramı üzərindən təşkil olunub. İnstitutun rektoru Aqil Şirinov 31 mart soyqırımı qurbanlarının, həmçinin 44 günlük Vətən müharibəsində şəhid olanların xatirəsini yad edib, ermənilərin fürsət tapdıqca xalqımıza qarşı amansız soyqırımı aktları törətdiyini söyləyib.
A.Şirinov vurğulayıb ki, mənfur düşmən xalqımıza qarşı soyqırımı törətmək üçün azərbaycanlıların yaşadığı bölgələrə silahlı dəstələr yeridiblər. Zaman-zaman xalqımıza qarşı soyqırımı həyata keçirən daşnakların 1918-ci ilin martın 31-də törətdiyi cinayət bunların ən dəhşətlisidir. Müxtəlif quberniyalarda həyata keçirilən soyqırımları zamanı Bakıda Təzəpir məscidinə ziyan vurulub, Şamaxıda isə Qafqazın ən qədim ikinci məscidi olan Cümə məscidi orada toplaşan müsəlmanlarla birlikdə yandırılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bərpa olunan bu məscidi ziyarət zamanı yanıq izlərinə indi də rast gəlmək mümkündür. Quba soyqırımı bu vandalizm aktlarının ən dəhşətlilərindən biridir.
Rektor qeyd edib ki, Quba Soyqırımı Memorial Kompleksinə institut tələbələrinin ziyarətinin təşkil olunduğunu, koronavirus pandemiya səbəbindən bu il ziyarətin təxirə salındığını bildirib. Vurğulayıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə şücaətli ordumuz torpaqlarımızı düşməndən azad edərək şanlı Qələbə qazanması ilə ermənilərə layiqli cavab verdi.
Quba Soyqırımı Memorial Kompleksinin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova xalqımıza qarşı törədilən soyqırımı aktından söz açıb. Vurğulayıb ki, Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında müvafiq Sərəncam imzalayıb. 2013-cü il sentyabrın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak ediblər.
Rəxşəndə Bayramova qeyd edib ki, Quba Soyqırımı Memorial Kompleksi koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar fəaliyyətini onlayn formada həyata keçirir. Bu müddət ərzində mütəmadi olaraq rəsmi sayt, eləcə də müxtəlif sosial şəbəkələr vasitəsilə 4 dildə (Azərbaycan, ingilis, rus və ərəb) fərqli illərdə xalqımıza qarşı törədilmiş soyqırımı gerçəklikləri, erməni vandalizminin əsl siması, ermənilərin mənfur planlarının tarixi kökləri, Qafqaza köçürülmələri ilə bağlı müxtəlif arxiv sənədləri, eləcə də fotoşəkillər, deportasiyalar barədə məlumatlar təqdim edilib.
Tarix İnstitutunun Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov bildirib ki, Cümhuriyyət hökumətinin qərarı ilə 1918-ci ilin iyulunda yaradılmış Fövqəladə Təhqiqat Komissiyası ermənilərin Azərbaycanın əksər bölgələrində azərbaycanlılara qarşı törətdikləri kütləvi qırğınları, zorakılıqları və talanları çoxsaylı şahid ifadələri və maddi sübutlar vasitəsilə aşkarlayıb üzə çıxarıb. Bu araşdırma zamanı erməni cinayətkarlığını üzə çıxaran 3 cilddən ibarət 145 vərəq tərtib olunub. Qırğınla bağlı Dövlət Arxivində saxlanılan Fövqəladə Təhqiqat Komissiyasının çoxsaylı sənədləri qalır ki, onların da bir hissəsi artıq çap olunub.
Vaqif Abışov ümummilli lider Heydər Əliyevin “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” 1997-ci il 18 dekabr tarixli Fərmanından, Prezident İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” 2018-ci il 18 yanvar tarixli Sərəncamından bəhs edərək, xalqımıza qarşı həyata keçirilmiş tarixi cinayətlərə hüquqi-siyasi qiymət verilməsi, bu vandalizm aktlarının beynəlxalq ictimaiyyətin nəzərinə çatdırılması üçün bütün vasitələrdən istifadə etdiklərini vurğulayıb.
Tədbirdə Quba Soyqırımı Memorial Kompleksi haqqında iki sənədli film təqdim olunub.
Tehsil-press.az