Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anılıb

Təhsil müəssisələrində soyqırımı qurbanlarının xatirəsi anılıb Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə şagirdlər 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar məlumatlandırılıb.
Şagirdlərə erməni daşnaklarının 103 il əvvəl xüsusi qəddarlıqla Azərbaycan xalqına qarşı törətdikləri soyqırımın tarixi haqqında geniş məlumat verilib. Qeyd edilib ki, martın 31-i ölkəmizdə dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. 1918-ci ilin mart və aprel aylarında Bakı, Şamaxı, Lənkəran, Quba və digər bölgələrimizdə on minlərlə azərbaycanlının qətlə yetirildiyi, evləri talan edilərək yurd-yuvasından didərgin salındığı bir daha şagirdlərin diqqətinə çatdırılıb. 31 mart soyqırımına ulu öndər Heydər Əliyev tərəfindən gerçək hüquqi-siyasi qiymət verildiyi, bu hadisənin bir soyqırımı aktı kimi sənədləşdirildiyi bildirilib.
Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təhsil müəssisələrində divar qəzetləri, guşələr, bülletenlər hazırlanıb, şagirdlərin əl işlərindən ibarət sərgilər keçirilib. Bundan əlavə, təhsil müəssisələrində 1918-ci il soyqırımları haqqında sənədli və bədii filmlər nümayiş etdirilib.
Şagirdlər 31 mart hadisələrinə həsr edilmiş şeirlər, bayatılar söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Tehsil-press.az



Oxşar xəbərlər