Bakı Dövlət Universitetində (BDU) 31 mart - azərbaycanlıların soyqırımı günü ilə bağlı “1918-ci il mart soyqırımının tarixi, siyasi və hüquqi müstəvidə təhlili” mövzusunda onlayn dəyirmi masa keçirilib.
Tədbir soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
BDU-nun rektoru Elçin Babayev çıxış edərək ermənilərin azərbaycanlılara qarşı soyqırımı siyasətinin müxtəlif dövrlərdə həyata keçirildiyi, bunun kütləvi qətllər və hərbi əməliyyatlarla müşayiət olunduğunu qeyd edib. Vurğulayıb ki, azərbaycanlılara qarşı törədilmiş soyqırımına ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə əsl hüquqi və siyasi qiymət verilib. Bu gün Azərbaycan dövləti və xalqı bu hadisələrin ildönümünü ürəkağrısı ilə yanaşı, qalib dövlət və qalib xalq kimi qeyd edir. 2020-ci il sentyabrın 27-də düşmənin növbəti hərbi hücumuna cavab olaraq başlayan və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun qazandığı parlaq Qələbə, Vətən müharibəsindəki zəfərimiz həm də mart soyqırımını törədənlərin üzərində tarixi qalibiyyətimizdir.
Sonra Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Quba Soyqırımı Memorialı Kompleksinin direktor müavini Mehriban Əliyeva çıxış edərək mart soyqırımı, Quba Soyqırımı Memorial Kompleksi haqqında geniş məlumat veriblər.
Dəyirmi masada Milli Məclisin deputatı, BDU-nun kafedra müdiri, professor Anar İsgəndərov “1918-ci il mart soyqırımı Fövqəladə Təhqiqat Komissiyasının sənədlərində”, Hüquq fakültəsinin dekanı Əmir Əliyev “Törədilən müharibə cinayətlərinə görə Ermənistanın beynəlxalq hüquqi məsuliyyəti”, Hüquq klinikasının rəhbəri Turqay Hüseynov “Soyqırımı cinayətlərinə görə beynəlxalq hüquqi məsuliyyət” mövzusunda məruzə ediblər.
Tehsil-press.az