Bakının mərkəzi küçələrində parklanma qadağan olundu

Bakının mərkəzi küçələrində parklanma qadağan olundu Azərbaycan Qran Prisinin təşkilatçısı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtın yarış trekinə düşən mərkəzi küçələrində bu gecədən tikinti-quraşdırma işlərinə başlayacaq.
Puşkin və Xaqani küçələrinin kəsişməsi arasındakı ərazidən Bülbül prospekti istiqamətində olan yolun üzərində beton bloklar formasında təhlükəsizlik baryerlər quraşdırılacaq.
Tikinti-quraşdırma işlərinin aparılması saat 22:00-dan səhər saat 06:00-dək planlaşdırılıb.
Bütün bunları nəzərə alaraq, sürücülərdən xahiş olunur ki, avtomobillərini həmin saatlarda Xəqani küçəsində park etməkdən çəkinsinlər. Əks halda, qeyd olunan ərazidə park edilmiş avtomobillər başqa yerə çəkiləcək.
Həmçinin, yolun qeyd olunan hissələrindəki təmir-tikinti işlərini nəzərə alaraq, gecə vaxtı yarana biləcək yol qəzalarının və digər xoşagəlməz halların qarşısının alınması məqsədilə sürücülərdən avtomobili idarə edərkən daha diqqətli olmaları və sürət həddini aşmamaları xahiş olunur.
Ümumilikdə yarış trekinin tikinti-quraşdırma işləri 2021-ci ilin iyununadək davam edəcək. "Formula 1" trekinin Puşkin və Xaqani küçələrinin kəsişməsindən Bülbül prospekti istiqamətində olan əraziyədək bölümündə tikinti işlərinin aprelin 15-dək yekunlaşacağı gözlənilir. Göstərilən iş qrafikində hava şəraitindən asılı olaraq dəyişikliklər ola bilər.
Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 - 6 iyunda keçiriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər