Belarus Dövlət Universitetinin 100, dünyanın fiziki coğrafiyası və təhsil texnologiyalarının 60 və professor Olqa Yakuşkonun 100 illiyi münasibətilə “XX-XXI əsrlərdə Belarusda coğrafi tədqiqatların inkişafı” mövzusunda onlayn beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsinin professorları Məqsəd Qocamanov, Fərda İmanov, Əsgər Məmmədov və müəllimləri Aytən Məhərrəmova, Aytən Quliyeva iştirak ediblər.
Alimlər konfransda Xəzərdə dəniz obyektlərinin geodezik monitorinqinə dair ümumi yanaşmalar, Azərbaycanda gündəlik maksimum yağıntının uzunmüddətli dəyişməsi quraqlıq iqlim dəyişmələrinin təzahür forması kimi və antropogen fəaliyyətin təsiri altında Kür çayının axınındakı dəyişikliklərin qiymətləndirilməsi haqqında elmi məruzələrlə çıxış ediblər.
Tehsil-press.az