Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq, Sosial elmlər və psixologiya fakültələrinin magistrantları “Cutting-Edge Science-2021” onlayn Beynəlxalq elmi konfransda iştirak ediblər.
Tədbirdə Azərbaycan, Polşa, Rusiya, Ukrayna, Çexiya, Özbəkistan, Qazaxıstan, Belarus və s. ölkələrdən olan nümayəndələr məruzələrlə çıxış ediblər.
Universitetin Pedaqogika kafedrası magistrantlarının “Tədris prosesində demoqrafik amillərin neqativ təsirlərinin aradan qaldırılması yolları”, “Azərbaycan təhsil sistemində tələbə mərkəzli tədris modeli”, “Boşanmış ailələrdə yeniyetmələrin sosial inkişaf problemləri”, “Pestisidlərin kənd təsərrüfatındakı rolu” və “Xəzərdən götürülmüş fenol və fenolik nümunələrin müəyyənləşdirilməsi” mövzularında məruzələri dinlənilib.
Tehsil-press.az