SABAH qruptələbələri ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi konfransda

SABAH qruptələbələri ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi konfransda BDU-nun SABAH qrup tələbələri universitetdə ulu öndər Heydər Əliyevin anadan olmasının 93 illiyinə həsr olunmuş “Coğrafi problemlərin həllində innovativ texnologiyalardan istifadə” mövzusunda elmi konfransda iştirak ediblər. BDU-nun Elm və innovasiya üzrə prorektoru, professor Aydın Kazımzadə konfransı açaraq onun işinə uğurlar arzulayıb. Coğrafiya fakültəsinin dekanı, professor Fərda İmanov və professor-müəllim heyətinin iştirak etdiyi konfransda, eyni zamanda bakalavr və magistrantlar, Bakı Dövlət Universiteti SABAH qrupları Coğrafiya ixtisasının C201S qrup tələbələri də iştirak ediblər.
SABAH tələbələrindən Nigar Hüseynovanın “Azərbaycanın müasir dövrdə demoqrafik vəziyyəti”, Turanə Əliyevanın “Azad iqtisadi zonalar və onun əhəmiyyəti”, “Brilyantın növləri və yayıldığı coğrafi ərazilər”, Fatimə Abbaszadənin “Tərtər rayonunun yaranması və inkişafının əsas istiqamətləri”, Leyla Hüseynlinin “Azərbaycanda turizmin inkişaf problemləri” mövzusundakı məruzələri maraqla qarşılanıb.
Sonda Azərbaycan Coğrafiya Cəmiyyətinin BDU filialı coğrafiya fakültəsinin Tələbə Elmi Cəmiyyəti “Ən yaxşı tələbə elmi tədqiqat işi” müsabiqəsinin nəticələrini açıqlayıb. Nigar Hüseynova həvəsləndirici mükafata layiq görülüb, Turanə Əliyeva isə müsabiqənin qalibi olub.

Mətbuat və informasiya şöbəsi


SABAH qruptələbələri ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş elmi konfransda

Oxşar xəbərlər