Tixanovskayanın bank hesabı donduruldu

Tixanovskayanın bank hesabı donduruldu Belarus müxalifətinin lideri və prezidentliyə keçmiş namizəd Svetlana Tixanovskayanın bank hesabı dondurulub.
Bu barədə müxalifətçinin teleqram-kanalında məlumat yayılıb. Bildirilir ki, sözügedən addım terror aktlarında iştirak edənlərin siyahısına daxil olan şəxslərin hesablarının dondurulması tədbirləri çərçivəsində atılıb.
Bundan əvvəl Koordinasiya Şurası Rəyasət Heyətinin üzvü Pavel Latuşko da Belarusdakı bankın onun hesabını dondurduğunu açıqlamışdı.
Belarus Dövlət Təhlükəsizlik Komitəsi Tixanovskayanı, Latuşkonu, habelə ölkənin daha 15 vətəndaşını terror fəaliyyətində iştirak edən təşkilat və şəxslər siyahısına daxil edib.

Tehsil-press.az


Oxşar xəbərlər