BMT TŞ Şri-Lankada baş verən terror aktlarını pisləyib

BMT TŞ Şri-Lankada baş verən terror aktlarını pisləyib BMT Təhlükəsizlik Şurası aprelin 21-i Şri-Lankada baş verən terror aktlarını pisləyib.
Bu barədə Təhlükəsizlik Şurasının bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Təhlükəsizlik Şurasının üzvləri aprelin 21-i Pasxa bayramə zamanı Kolomboda Müqəddəs Antoniy kilsəsində, Neqomboda Müqəddəs Sebastyan kilsəsində, Battikaloada Sinoa kilsəsəində, Kolomboda "Shangri-La", "Cinnamon Grand" və "Kingsbury" otellərində, o cümlədən Şri-Lankanın digər yerlərində törədilən iyrənc və qorxaq terror hücumlarını ən qəti şəkildə pisləyiblər".
Təhlükəszlik Şurasının üzvləri terror aktlarında həlak olanların ailəlrinə və Şri-Lanka hökümətinə başsağlığı, yaralananlara isə tez bir zamanda şəfa tapmalarını diləyiblər.
BMT Təhlükəsizlik Şurası növbəti dəfə xatırladıb ki, terrorçuluq bütün formalarında və təzahürlərində beynəlxalq sülhə və təhlükəsizliyə ən ciddi təhdidlərdən biridir.
Xatırladaq ki, aprelin 21-i Şri-Lankanın Kolombo şəhərində və ölkənin digər ərazilərində Pasxa bayramı zamanı 8 partlayış törədilib.
Partlayışlar nəticəsində 290 nəfər həlak olub, təxminən 500 nəfər yaralanıb.
Aprelin 22-si ölkənin paytaxtı Kolomboda daha bir partlayış baş verib. Partlayış daha əvvəl teraktı baş verdiyi kilsənin yaxınlığındakı yük maşınına yerləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi zamanı baş verib.
Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Tehsil-press.az

Oxşar xəbərlər